Xəbər lenti

Tolik əsəbləşdi: "Siz elə bilirsiniz kişisiniz?" - FOTO
Maqazin09:13 08.04.2016

Tolik əsəbləşdi: "Siz elə bilirsiniz kişisiniz?" - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Hərdən açın hərbi biletinizə baxın və deyin, mən Tolik qədər də olmadım".

Bunu tanınmış prodüser Tolik (Tarix Əliyev) öz İnstagram hesabında cəbhə bölgəsinə getdiyinə görə ona istehza edən "dostlar"ına yazıb. Prodüsser hərbi biletinin fotosunu paylaşan həmkarlarına sərt cavab verib:

"Buradan bəzi özünü "kişi" sayıb mənə hərbini yaraşdırmayan, amma hərbi biletlərində "9b" və ya "neqodnı" olan qaqaşlara səslənirəm. Mənə sizin kimi atam pul verib hərbi bilet almayıb. Siz elə bilirsiniz kişi, kişi deməklə siz kişisiniz? Ona görə hərdən bir açın hərbi biletinizə baxın və deyin, mən Tolik qədər də olmadım. Mən müharibə vaxtı yararlıyam, amma siz yararlı deyilsiniz. Kartof soymaq da olmaz sizə əsgərlikdə, o ki qaldı erməni ilə üz-üzə vuruşmaq" -, Tolik əlavə edib.//bakuws

Qaynar.info