Xəbər lenti

Tolik İsa Şahmarlıdan yazdı - FOTO
Ölkə13:11 23.01.2014

Tolik İsa Şahmarlıdan yazdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış produsser Tarix Əliyev (mr Tolik) dünən intihar etmiş LGBT sədri İsa Şahmarlı haqqında yazıb.

Qaynar.info xəbər verir ki, Tolik instgram şəbəkəsində paylaşdığı materiallarda İsanı homosüksual olduğu üçün pisləyənləri ağır tənqid edib.

İsa Şahmarlının son statusunu paylaşan Tolik "Tanrı hər bir bəndəsini yaradanda onun alın yazısını yazıb! Bəzi özlərinə kişiyəm deyənlər onun bunun bacısına ... (təhqir) gözlə baxan oğraşlardansa, belə bir insan plmaq və ən azından həyatıyla vuruşan insan olmaq yaxşıdır" yazıb.

Bu paylaşımdan sonra izləyicilərinin bəziləri Tolikə qarşı çıxıb. Tolik isə onlara xatırladıb ki, dünyanın bir çox tanınmış insanları - Şekspir, Mokedoniyalı İskəndər, Sokrat, Oskar Vayld, Leonardo Da Vinci də homoseksual olub.

Qaynar.info