Xəbər lenti

"Tottenhem" yeni baş məşqçisinin adını rəsmən açıqladı
İdman13:41 02.11.2021

"Tottenhem" yeni baş məşqçisinin adını rəsmən açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngilərə Premyer Liqası təmsilçisi "Totenhem" yeni baş məşqçisinin adını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Hotspur təmsilçisini Antonio Konte çalışdıracaq. Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. 52 yaşlı mütəxəssislə 2023-cü ilə qədər müqavilə bağlanıldığı bildirilib. 
Sonuncu dəfə 2019-2021 illərdə "İnter"i çalışdıran Konte, ötən mövsüm Milan təmsilçisi ilə çempionluq yaşayıb. 
"Tottenhem" Komntenin Premyer Liqada çalışdıracağı ikinci klub olacaq. O, buna qədər 2016-2018-ci illərdə "Çelsi"nin də baş məşqçisi olub və 2016-cı ildə "zadəganlar"ı çempionluğa daşıyıb. Konte İtaliyada "İnter"lə yanaşı, "Yuventus", "Syena", "Atalanta", "Bari" və "Arezzo"nu da çalışdırıb.
Səbuhi Həsənov