Xəbər lenti

Tovuzda 3 yaşlı uşağın başı odun sobasına dəydi
Ölkə19:14 11.12.2016

Tovuzda 3 yaşlı uşağın başı odun sobasına dəydi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuzda 3 yaşlı uşaq oyun zamanı odun sobasına dəyərək başından ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Eyyublu kənd sakini, 2013-cü il təvəllüdlü Bayramzadə Fidan Fürudin qızı yaşadığı evdə oynayarkən yıxılaraq başı otaqda qurulan odun sobasına dəyib.

Ağır kəllə-beyin travması alan 3 yaşlı uşaq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən dərhal tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Qaynarinfo.Az