Xəbər lenti

Toy və yaslara qadağa qoydu
Dünya06:12 02.05.2016

Toy və yaslara qadağa qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali Koreya lideri Kim Çen In Əmək Partiyasının qurultayına qədər ölkədə toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyub.

Bu barədə azvision.az “The Sunday Times”-a istinadən xəbər verir. 

“Bu addım təhlükəsizliyin möhkəmləndirilməsi və qurultayın nümunəvi şəkildə keçirilməsinə yönəlib”, -deyə qeyd edilib.

Məlumatda vurğulanır ki, qurultay keçirilən günlərdə paytaxt Pxenyanın bütün giriş və çıxışları bağlanacaq.

Xatırladaq ki, Şimali Koreyada son 36 ildə ilk dəfə Əmək Partiyasının qurultayı keçiriləcək. Partiyanın VII qurultayının mayın 6-da keçiriləcəyi gözlənilir. 

Qaynarinfo.az