Xəbər lenti

Toya hazırlaşırdı, sevgilisinin evli olduğunu bilib şoka düşdü
Maqazin17:39 04.09.2016

Toya hazırlaşırdı, sevgilisinin evli olduğunu bilib şoka düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Linet ərə getməyə hazırlaşdığı fransız sevgilisinin evli olduğunu öyrənib şok olub.

Qaynarinfo.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ifaçı sevgilisi Loran Zalmonoviçlə martın 5-də Fransada ediləcək toya hazırlaşarkən pis sürprizlə qarşılaşıb. 

Zalmonoviçin ailəli olduğunu və arvadı ilə Fransada yaşadığını öyrənən Linet münasibətinə son qoyduğunu deyib:

"Mənə 6 il əvvəl boşandığını demişdi. 1,5 ildir birlikdəydik və evlənməyə hazırlaşırdıq. Yaxşı ola bilməyim mümkün deyil".

Qeyd edək ki, sevgilisi 41 yaşı tamam olan Linetə ad günü hədiyyəsi olaraq 400 min avroluq avtomobil almışdı.

Qaynarinfo.Az