Xəbər lenti

Toyda gəlinin qardaşları bıçaqlandı
Ölkə08:11 02.07.2013

Toyda gəlinin qardaşları bıçaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün günorta saat 13:00 radələrində İmişli şəhərində toyda qan tökülüb. 

İmişli rayon prokurorluğunun müstəntiqi Vuqar Məmmədzadənin ANS PRESS-ə verdiyi məlumata görə, “Nuray” şadlıq sarayında Sərxan Bəşirov və Vasif Bəşirov bıçaqlanıblar. 

Hadisə toy zamanı baş verib. Mehman Şəmmədov qəfil həmin şəxslərə hücum edərək bıçaqlayıb. Daha sonra isə hadisə yerindən qaçıb. Hazırda 2 nəfəri bıçaqlayan şəxsi polis axtarır.

Qeyd edək ki, Sərxan və Vasif Bəşirov gəlinin qardaşları olub.

Qaynar.info