Xəbər lenti

Toyda kütləvi zəhərlənmə: 57 nəfər xəstəxanaya yerləşdirildi
Ölkə08:55 23.08.2013

Toyda kütləvi zəhərlənmə: 57 nəfər xəstəxanaya yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 22-də Siyəzən rayon Mərkəzi Xəstəxanasına qidadan zəhərlənmə ilə 57 nəfər yerləşdirilib.

Lent.az-ın məlumatına görə, 15-i kişi, 24-ü qadın və 18-i uşaq təcili xəstəxanaya yerləşdirilib. Şabran rayonunun Ağbaş kənd sakinləri olan şəxslərin avqust ayının 21-də Siyəzən rayonu ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan (paytaxt salatı) zəhərlənmələri müəyyən edilib. 

Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Araşdırmalar aparılır.

Qaynar.info