Xəbər lenti

TQDK-dan abituriyentlərə xəbərdarlıq
Ölkə15:30 24.08.2015

TQDK-dan abituriyentlərə xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin qeydiyyat müddətini uzadıb.

Qaynar.info komissiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olan şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 27 avqust saat 17:00-dək uzadılıb.

Tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqlar təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qaynar.info