Xəbər lenti

TQDK-nın yeni binası belə olacaq - FOTOLAR
Ölkə 19:55 23.11.2014

TQDK-nın yeni binası belə olacaq - FOTOLAR

Yaxın günlərdə Həsən Əliyev küçəsində yerləşən və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hazırda fəaliyyət göstərdiyi bina söküləcək. TQDK üçün tikiləcək yeni binanın layihə görüntüləri yayılıb. 

Qaynar.info lent.az-a istinadən xəbər verir ki, komissiyanın yeni binasının TQDK-nın hazırda yerləşdiyi binanın yerində (Həsən Əliyev küçəsi 17) tikiləcəyi dəqiqləşib. Yayılan fotoların isə yeni bina üçün təklif edilən layihələrdən biri olduğu bildirilir.

Qeyd edək ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır.

Yeni bina tikilənə qədər isə TQDK  Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək. Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->