
Sentyabrın 9-da və 10-da 2013-2014-cü tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanı keçiriləcək.
Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsilinə müvafiq olaraq baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas sahəsində bilikləri yoxlanacaq. Birinci mərhələnin imtahanları sentyabrın 9-da, ikinci mərhələnin imtahanları isə sentyabrın 10-da keçiriləcək.