Xəbər lenti

TQDK sədri xəbərdarlıq etdi
Ölkə06:31 20.02.2014

TQDK sədri xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məleykə Abbaszadə: "Onlardan izahat alınır və qanun qarşısında cavab verməli olurlar. Amma yenə də kimsə kiminsə toruna düşür"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Universitetlərə qəbul kampaniyası başlayandan sonra imtahan ballarının saxta formada qaldırılması vədini verən şəxslərə xəbərdarlıq edib .

ANS PRESS-in məlumatına görə, Komissiya sədri məsələ ilə əlaqədar olaraq valideynlərə müraciət edib: “Çox təəssüflər olsun. Mən yenə də valideynlərə, abiturientlərə müraciət edirəm. Elə işbazların ali məktəblərinin bağlanması hamımızın göz qabağındadır. Onlardan izahat alınır və qanun qarşısında cavab verməli olurlar. Amma yenə də kimsə kiminsə toruna düşür. Biz bu prossesdə yalnız ictimai fikrə təsir göstərə bilərik. Bizim imtananla bağlı bütün məlumatlarımız “Abituriyent” jurnalında əks olunub. Biz iki ildir ki imtahan cədvəlinin qrafik təsvirini ekranda veririk. Əlli faiz abituriyent imtahandan sonra öz səhifəsinə açıb baxmır. İmkanlarının olmasına bağmayaraq abituriyentlər öz elekton kartlarına baxmırlar. Çünki onlar bu prossesin mahiyyətini başa düşmürlər”.

Qaynar.info