Xəbər lenti

TQDK təhsil şöbələri və orta məktəblərə MÜRACİƏT ETDİ
Ölkə12:10 20.11.2013

TQDK təhsil şöbələri və orta məktəblərə MÜRACİƏT ETDİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinə müraciət edib

Komissiyadan Trend-ə verilən məlumata görə, ümumtəhsil müəssisələri və peşə liseylərində mövcud olan siniflər, bu siniflərdə təhsil alan şagirdlərin sayı və ümumtəhsil müəssisələrinin ünvanları haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi prosesi davam edir. Hazırda 32 104 sinif və 536 419 təhsil alanın sayı haqqında məlumat "Şagird-məzun" sisteminə daxil edilib. Bu da ölkə üzrə ümumi məlumatların 68%-ni təşkil edir. Şagirdlərin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən buraxılış sinif şagirdlərinin əvvəlki tədris ilinin illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən "Şagird-məzun" sisteminə əlavə (düzəliş) edilməsi və məlumatların təsdiq edilməsi mərhələsi dekabrın 1-dən başlayır.

Bunu nəzərə alaraq, TQDK şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən tələb olunan məlumatların dekabrın 1-dək "Şagird-məzun" sisteminə daxil edilməsini təmin etməyi xahiş edib.


Qaynar.info