Xəbər lenti

Tramp: “2024-də Baydenin cinayətkar ailəsini Ağ Evdən qovacağıq”
Dünya11:53 31.01.2022

Tramp: “2024-də Baydenin cinayətkar ailəsini Ağ Evdən qovacağıq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekspertlər qeyd ediblər ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının səhvləri Ağ Evin keçmiş rəhbəri Donald Trampın növbəti seçkilərində uğur şansını xeyli artırır.
Qaynarinfo xəbər verir ki, Baydenin fəaliyyətinin bəyənilməsinin azalması ilə əlaqədar olaraq, Tramp yüksək vədlər verməkdə davaç edir.
Texas mitinqdə tərəfdarları qarşısında çıxışı zamanı o, ifadələrinə məhdudiyyət qoymayaraq, Amerikanı indiki zəif liderdən xilas edəcəyinə söz verib. "Əvvəla, biz Nensi Pelosinin siyasi karyerasına birdəfəlik son qoyacağıq və 2024-cü ildə Baydenin cinayətkar ailəsini Ağ Evdən qovacağıq”, - The New York Times onun sözlərindən sitat gətirib.
Tramp həmçinin rəqibini bütün ölümcül günahlarda, o cümlədən Amerika liderinin zəif və açıq desək, səriştəsiz qərarları nəticəsində III Dünya Müharibəsi təhlükəsi yaratmaqda ittiham edib, həmçinin seçkilərdə qalib gəldikdən sonra Baydenə qarşı antikorrupsiya təhqiqatına başlayacağına söz verib.
Alpər