ABŞ Prezidenti Donald Tramp bu gün dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Hegset də daxil olmaqla, milli təhlükəsizlik üzrə əsas köməkçiləri ilə görüş keçirəcək.
Qaynarinfo "The New York Times"a
istinadla xəbər verir ki, Tramp administrasiyasının nümayəndəsi görüşdə Ukrayna ilə bağlı bir sıra siyasət variantlarının nəzərdən keçiriləcəyini və mümkün tədbirlərin qəbul ediləcəyini bildirib.
"Nəzərdən keçirilən variantlar arasında Ukraynaya Amerika hərbi yardımının dayandırılması və ya ləğvi də var. Bu, Co Baydenin prezidentliyi dövründə təsdiqlənmiş və maliyyələşdirilmiş sonuncu sursat və avadanlıq tədarüklərini də əhatə edir", – nəşr yazır.
NYT xatırladır ki, Zelenski bazar günü Londonda keçirilən görüşdə Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Corcia Meloni və Kanadanın Baş naziri Castin Trüdo da daxil olmaqla, 18 liderdən dəstək işarələri alıb.
Lakin bu həmrəylik nümayişinin arxasında ABŞ-ın dəstəyinin qorunub saxlanılmasının həlledici əhəmiyyət kəsb etdiyi etirafı dayanırdı.
"Eurasia Group" siyasi risklər üzrə konsaltinq şirkətinin analitiki Müctəba Rəhman bildirib: "Starmerin iki məqsədi var. Ukraynalılar və avropalılarla elə bir təklif hazırlamaq ki, ABŞ Ukraynanın təhlükəsizliyinin təminatında müsbət iştirak etsin və eyni zamanda, bu mümkün olmadığı təqdirdə ən pis senariyə hazırlaşsın".
"The Wall Street Journal" proqnozlaşdırır ki, ABŞ-ın hərbi yardımı olmasa, Ukraynanın indiki tempdə döyüşləri yay aylarına qədər davam etdirmək üçün kifayət qədər silahı olacaq.
The Telegraph qəzetinin müdafiə və xarici işlər üzrə redaktoru Kon Koflin hesab edir ki, Zelenskinin və Ukraynanın imkanlarını gözardı etmək olmaz. O, xatırladır ki, 2022-ci ildə Ukraynanın şansları indikindən daha pis idi. Koflin qeyd edir ki, Rusiyanın genişmiqyaslı işğalının əvvəlində Kiyev qüvvələri demək olar ki, tək qalmışdı, lakin Avropanın dəstəyi sayəsində indi onların müqavimətinin qırılması ehtimalı azdır.
Alpər
Şərhlər