Xəbər lenti

Tramp Harvard Universitetinə verilən yardımı geri istəyir
Dünya13:27 22.04.2020

Tramp Harvard Universitetinə verilən yardımı geri istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyası çərçivəsində Harvard Universitetinin dövlətdən aldığı 8,6 milyon dollar yardımın geri qaytarılmasını istəyir.
Qaynarinfo xəbər verir ki, bu burədə Ağ ev rəhbəri keçirdiyi brifinqdə çıxış edib. O, bildirib ki, ayrılan vəsait dünyanın ən zəngin təhsil müəssisəsi üçün deyil, işçilər üçündür. Vəsaiti geri qaytarmalıdırlar.
Qeyd edək ki, Harvard Universiteti Trampın ötən ay imzaladığı 2,2 trilyon dollarlıq yardım vəsaitindən 8,6 milyon dollar aldığını qəbul edib. Lakin bu vəsaitin geri qaytarıb qaytarmayacağı ilə bağlı qurumdan hələlik heç bir açıqlama verilməyib. Universitet bu vəsaitlə tələbələrə birbaşa yardım edildiyini, pandemiya müddətində onların səyahət, onlayn tədris xərclərinin qarşılandığını açıqlayıb. Dünyanın ən zəngin tədris müəssisəsi olan Harvardın yardım fondunun büdcəsi 40 milyard dollardır.
Camal