Xəbər lenti

Tramp Heyliyə sponsorluq edənləri hərəkatından xaric etməklə hədələdi
Dünya12:26 25.01.2024

Tramp Heyliyə sponsorluq edənləri hərəkatından xaric etməklə hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın 45-ci prezidenti Donald Tramp Respublikaçılar partiyasından dövlət başçısı vəzifəsinə namizəd olmaq üçün mübarizə aparan rəqibi Nikki Heylinin seçki kampaniyasına sponsorluq etməyə davam edən hər kəsi özünün qeyri-rəsmi MAGA ("Make America Great Again” - Amerikanı yenidən qüdrətli edək) hərəkatından həmişəlik xaric edəcəyi ilə hədələyib. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Quşbeyin”ə ("Birdbrain” – Tramp Heylini belə adlandırır) "töhfə” verən hər kəs bundan sonra həmişəlik MAGA düşərgəsindən kənarlaşdırılacaq. Biz onları istəmirik və qəbul etməyəcəyik”, - ABŞ-ın keçmiş prezidenti yazıb. 
Donald Trampın mesajına cavab olaraq Heyli tərəfdarlarını X səhifəsində yerləşdirdiyi linki xüsusi portal vasitəsilə ianə etməyə dəvət edib. O qeyd edib ki, kampaniyası Nyu-Hempşirdə keçirilən praymerizdən sonra 24 saat ərzində 1 milyon dollar toplayıb.
Nizami Bağırov