Xəbər lenti

Tramp: "Koreyada baş verənlərlə qürur duyuruq"
Dünya12:25 27.04.2018

Tramp: "Koreyada baş verənlərlə qürur duyuruq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İn və Cənubi Koreya lideri Mun Çje İn arasında baş tutan görüşə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, ABŞ prezidenti bu tarixi görüş barəsində sosial şəbəkə hesabında yazıb.
"KOREYA SAVAŞI BİTDİ! ABŞ və bütün böyük xalqlar indi Koreyada baş verənlərlə qürur duyur", - deyə o, qeyd edib.
O, digər tweet"ində isə, "Yaxşı şeylər olur, amma sadəcə zaman göstərəcək", yazıb.
Qeyd edək ki, D.Tramp may ya iyun ayında Kimlə görüşməyi ümid etdiyini söyləyib. Ağ Ev rəsmilərindən biri isə ondan öncə ABŞ prezidentinin Cənubi Koreya lideri Mun Çje İnlə görüşəcəyini söyləyib.