Dünya 17:05 18.03.2024

Tramp Putini Navalnının ölümündə əli olmaqda ittiham etdi

Rusiya prezidenti Vladimir Putinin keçən ay Arktika həbsxanasında ölən rus müxalifət lideri Aleksey Navalnının ölümündə "ehtimal” ki əli var.

Qaynarinfo xəbər verir ki, bu barədə Tramp Fox News-a müsahibəsində Navalnının ölümündə Putinin günahkar olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
"Bilmirəm, amma mümkündür, demək istəyirəm ki, ola bilər, belə demək olar, ehtimal ki, bilmirəm”, - deyə o cavab verib.

"O gənc idi, ona görə də statistik olaraq o, uzun müddət yaşamalıydı... deməli, qeyri-adi bir şey baş verib", - Tramp əlavə edib.

Qeyd edək ki, Tramp Ukraynaya silahla kömək etməyə davam edəcəkmi, yoxsa yenidən prezident seçiləcəyi təqdirdə Putinə Ukraynanın bir hissəsini və ya hamısını işğal etməyə icazə verəcəkmi sualına birbaşa cavab verməkdən yayınıb. O, ümid etdiyini bildirib ki, bu, belə olmayacaq. O, Prezidentin səlahiyyətlərini qəbul edənə qədər uzun müddət, doqquz aydan çox vaxt keçəcək - müharibə və siyasət üçün bu, "əbədilik”dir.

Alpər