Xəbər lenti

Tramp qızının rəfiqəsinə Ağ Evdə vəzifə verəcək
Dünya06:43 17.08.2017

Tramp qızının rəfiqəsinə Ağ Evdə vəzifə verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Tramp qızı İvanka Trampın rəfiqəsi Houp Hiksi Ağ Evin kommunikasiya direktoru vəzifəsinə gətirəcək.

"Qaynarinfo" "New York Times"a istinadən xəbər verir ki, Trampın qızından sonra ən çox etibar etdiyi adamın Houp olduğu deyilir.

Qeyd edək ki, 28 yaşlı Hiks seçki dövründə Tramp kampaniyasının sözçüsü vəzifəsində çalışıb. 

Houp Hiks bu vəzifəni müvəqqəti olaraq icra edəcək. 

Bundan əvvəl kommunikasiya direktoru vəzifəsinə Antoni Skaramuçi təyin edilmiş, lakin 10 gündən sonra istefa vermişdi.

Təyinat xəbərindən sonra "twitter" hesabından Skaramuçi "Houp möhtəşəm insandır və vəzifəsini yaxşı icra edəcək. Ona uğurlar arzu edirəm" yazıb.

Gülşən

Qaynarinfo.Az