Xəbər lenti

Tramp seçkidə qalib gəlsə, diktator olmayacağını vəd etdi:
Dünya 14:08 06.12.2023

Tramp seçkidə qalib gəlsə, diktator olmayacağını vəd etdi: "Lakin ilk gün yox"

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp yenidən Ağ Evin rəhbəri seçiləcəyi təqdirdə diktator olmayacağını vəd edib. Ancaq bir istisna var.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Ayovada "Fox News" televiziya tədbiri zamanı Tramp Meksika ilə cənub sərhədini bağlamaq və neft qazmalarını genişləndirmək üçün istifadə edəcəyi birinci gün istisna olmaqla, yenidən prezident seçiləcəyi təqdirdə diktator olmayacağını vəd edib.

Nəşrin yazdığına görə, prezidentliyə ikinci müddətə seçilmək istəyən Tramp həm də tez-tez siyasi rəqiblərinə qarşı intiqam vəd edir. Hədəf qrupları ABŞ-ın hazırkı prezidenti Co Bayden, onu cinayətlərdə ittiham edən prokurorlar və Ədliyyə Nazirliyidir.

"Donald Tramp bizə yenidən seçiləcəyi təqdirdə nə edəcəyini dəqiq söylədi və bu gecə o, helə birinci gün diktator olacağını bildirdi. Amerikalılar ona inanmalıdırlar", deyə tədbirdən sonra Bayden kampaniyasının rəhbəri Culi Çavez Rodriqes bildirib.

Xatırladaq ki, Donald Tramp 2017-2021-ci illərdə ABŞ prezidenti olub. Son seçkilər zamanı o, məğlubiyyətini etiraf etməkdən imtina edib və sonra "oğurlanmış qələbə” haqqında yalan iddialar yayıb. Bu, öz növbəsində, 6 yanvar 2021-ci ildə ABŞ Kapitolunda onun tərəfdarlarının üsyanına təkan verib. 

Ağ Evin hazırkı rəhbəri Co Bayden dəfələrlə xəbərdarlıq edib ki, Donald Tramp demokratiya üçün təhdiddir və onun ikinci prezidentlik müddəti Amerika avtokratiyasının görünməmiş və təhlükəli dövrünü başlada bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->