Xəbər lenti

Tramp Venesuela əməliyyatını neftə görə etdiyini etiraf edib
Dünya09:00 09.01.2026

Tramp Venesuela əməliyyatını neftə görə etdiyini etiraf edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesueladakı hərbi əməliyyatın məqsədlərindən biri qlobal neft qiymətlərini aşağı salmaqdır.
"Report" xəbər verir ki, o, bu açıqlamanı "Fox News"a verdiyi müsahibədə deyib.
"Bu, dünya miqyasında neft qiymətlərinin aşağı düşməsi deməkdir ki, bu da hər kəs üçün əladır. Bu, Amerika üçün neft qiymətlərinin aşağı düşməsi deməkdir ki, mən də onu aşağı saldım", - deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, artıq böyük neft şirkətləri Venesuelaya gələcəklər: "Onlar çox pul qazanacaqlar və bu pulun bir hissəsi Venesuelaya, bir hissəsi isə bizə gedəcək. Biz regiona sabitlik gətirdik və neft qiymətlərini əhəmiyyətli dərəcədə aşağı saldıq. Bilirsiniz, hazırda benzin bir çox hallarda qallonu 1,99 dollardır", - deyə Tramp qeyd edib.