Xəbər lenti

Trampa sui-qəsd cəhdi: "Hadisə elə-belə olmayıb..." (ŞƏRH)
Dünya08:02 15.07.2024

Trampa sui-qəsd cəhdi: "Hadisə elə-belə olmayıb..." (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Baş vermiş sui-qəsd Trampın reytinqinin yüksəlməsinə xidmət edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev deyib.
A.Əliyev bildirib ki, adətən təzyiqlərə məruz qalan insanlara hər zaman cəmiyyətdə rəğbət yaranır:
”Bu fonda cəmiyyətin həmin namizədə rəğbəti müsbət istiqamətdə dəyişir. Hadisədən dərhal sonra keçirilən ilkin sorğular da bunun belə olduğunu deməyə əsas verir. Keçirilən sorğulara görə, Trampa səs vermək istəyənlərin sayı təxminən 6-7 faiz artıb. Amma unutmayaq ki, hələ seçkiyə xeyli zaman var. Bu müddət ərzində başqa hadisələr də baş verə bilər”.
Ekspert bildirib ki, ABŞ mütxəlif təcrübələrdən keçib:
”Birinci dəfə deyil ki, belə hadisələr baş verir. Ona görə də hadisənin hansısa bir hökumət orqanları tərəfindən planlaşdırıldığını istisna edirəm. Amma  nəzərə almaq lazımdır ki, ABŞ-da seçki prosesində qaydasız mübarizə yüksək həddə çatıb. Ona görə də onun müxtəlif ictimai qruplara təsiri böyük ola bilər. Bu mənada ehtimal ki, hadisə elə-belə baş verməyib”. 
Qeyd edək ki, ötən şənbə günü ABŞ prezidentliyinə namizəd Donald Trampı Pensilvaniyada təşviqat kampaniyası zamanı öldürməyə cəhd ediblər. Atəş nəticəsində mitinqə gələnlərdən iki nəfər xəsarət alıb. Bir nəfər ölüb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Trampın özü isə qulağından yüngül xəsarət alıb. Trampa hücumu həyata keçirən şəxs də öldürülüb. 
Rüfət Sultan