ABŞ prezidenti Donald Tramp ötən günlərdə Portuqaliya prezidenti Marselo Rebelo de Souzanı Ağ Evdə qəbul edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Rebeloya dünya şöhrətli portuqaliyalı futbolçu Kriştiano Ronaldo barədə sual ünvanlayıb.
ABŞ liderinin Ronaldonun necə futbolçu olması barədə suala Rebelo "O, dünyanın ən yaxşı futbolçusudur" cavabını verib.
Tramp daha sonra Portuqaliya prezidentinə "Ronaldo seçkilərdə səninlə yarışacaq? Qazana bilməz, bunu bilirsən" deyib və qarşılığında "Portuqaliya ABŞ-dan bir qədər fərqli ölkədir" cavabını alıb.
Gülşən