ABŞ prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo şəhərkənarı iqamətgahı koronavirusun yayılması təhlükəsinə görə qismən bağlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.
Teleşirkətin xəbərinə görə, Trampın iqamətgahının spa-mərkəzi və idman zalının əsas binası bağlanılıb. Xüsusi plyaj kompleksi işini davam etdirir.
Ancaq ABŞ prezidentinin "Trump Organization” şirkətinin nümayəndəsi kompleksin işinin dayandırmasını birbaşa təsdiq etməyib: "Yerli və federal hakimiyyətin, ştat rəhbərliyinin fərmanları ilə müxtəlif obyektlər müvəqqəti bağlanıb. Biz pandemiyanın qurtaracağını və dünya səviyyəli müəssisələrimizin yenidən açılacağı günü səbirsizliklə gözləyirik".