Xəbər lenti

Trampın komandası Nevada səsverməsi ilə bağlı baş prokurora müraciət etdi
Dünya05:48 06.11.2020

Trampın komandası Nevada səsverməsi ilə bağlı baş prokurora müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Trampın seçki qərargahı cümə axşamı günü Nevada əyalətində poçtla qanunsuz səsvermə iddialarına diqqət çəkərək, ölkənin ədliyyə katibi və baş prokuroru Vilyam Barra müraciət edib.

Qaynarinfo bu barədə Fox News-a istinadla xəbər verir. Məktubda qərargahın ilkin olaraq bülletenləri səhvən poçtla göndərən 3062 nəfərin yerini müəyyənləşdirə bildiyi iddia edilir. Respublikaçılar yeni məlumatlar əldə edildikcə bu cür pozuntuların sayının artacağını gözləyirlər.

Nevadadaki zəfər ABŞ prezidentliyinə namizədlərə dövlət başçısı olmaq üçün lazım olan 270 səsdən altı seçici səsini verəcək. CNN-in verdiyi məlumata görə, Nevadada demokrat Cozef Bayden 0,9 faizlik punktla Trampı bülletenlərin 89%-ində qabaqlayır.

Alpər