ABŞ prezidenti Donald Tramp tərəfindən transseksuallara qoyulan orduda xidmət etmək qadağası ləğv edilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton məhkəməsinin hakimi Kollar Kotteli sabiq prezident Barak Obamanın dövründə qəbul edilmiş qanuna geri qayıtmaq barədə qərar verib. Qərara əsasən, transseksualların orduya daxil olmasına heç bir qadağa yoxdur.
Qeyd edək ki, Tramp iyul ayında açıqlama vermiş, transların sağlamlıq xərclərinin çox olduğunu vurğulayaraq onların daha orduya qəbul edilməyəcəklərini, xidmət edənlərin isə sağlamlıq xərclərinin dövlət tərəfindən qarşılanmayacağını açıqlamışdı.
Hazırda ABŞ ordusunda təxminən 1300-10 000 nəfər transseksualın xidmət göstərdiyi bildirilir.
Gülşən
Qaynarinfo.Az