Xəbər lenti

“Turan” sabahdan fəaliyyətini dayandıracaq
Ölkə15:04 31.08.2017

“Turan” sabahdan fəaliyyətini dayandıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətini qeyri-müəyyən vaxta kimi dayandırmaq məcburiyyətindədir.

"Qaynarinfo" xəbər verir ki, kollektiv “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin avqustun 24-də şübhəli şəxs qismində tutulması haqda müstəntiqin qərarından verilmiş apelyasiya şikayətinin dünən rədd edilməsindən sonra belə qərara gəlib.

Xatırladaq ki, Mehman Əliyev avqustun 24-də saxlanılıb. Avqustun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib.Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Qaynarinfo.Az