
İranın Fars xəbər agentliyi 200-ə yaxın türk zabitinin Əl Qaidəyə yaxınlığı ilə tanınan Əl Nusra təşkilatının formaları ilə Hələbə girdiyini yazıb.
Qaynar.info xəbər verir ki, agentlik bu məlumatı ərəb dilində yayımlanan "Əl Əhd" saytına istinadən verib. Türk zabitlərinin kürdlərin yaşadığı Əl Əşrəfiyyə və Şeyx Maqsud bölgələrinə yerləşdiyi və Əl Nusra qüvvələri ilə birgə işlədiyi bildirilib.
Qeyd edək ki, ABŞ hökuməti Əl Nusranı terror təşkilatı kimi tanıyıb. Mərkəzi Kəşfiyyat İdarəsinin ən yaxın adamı Maykl Morrel Əl Qaidə kimi təhlükə səbəbindən Suriyada Bəşər Əsədin hakimiyyətdə qalmasının daha məqsədəuyğun olduğunu söyləmişdi.
"Əl Vatan" qəzeti də bir neçə həftə əvvəl Türkiyə və Səudiyyə Ərəbistanının Əl Qaidə ilə yaxın təşkilatlardan Suriyadakı kürdləri vurmağı istədiklərini yazmışdı. Həmin təşkilatlar da son vaxtlar kürdlər yaşayan ərazilərdə qətliamlarla məşğul olurlar. Həmin qrupların Suriyada kürdlərin yaşadıqları əraziləri ələ keçirməyə çalışdıqları da bildirilir.
Türkiyənin xajrici işlər naziri Əhməd Davudoğlu bir müddət əvvəl verdiyi açıqlamasında Əl Nusranın kürdləri öldürdüyü ilə bağlı xəbərləri təkzib etmişdi.
Qaynar.info