Xəbər lenti

Türkiyə 2011-dən bəri 1168 ABŞ və Aİ-dən olan terrorçunu ölkədən çıxarıb
Dünya10:00 02.08.2022

Türkiyə 2011-dən bəri 1168 ABŞ və Aİ-dən olan terrorçunu ölkədən çıxarıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İmmiqrasiya İdarəsi açıqlamasında 2011-ci ildən bu yana 102 müxtəlif millətdən olan 9 min xarici terrorçunun ölkədən çıxarıldığını, onlardan 1168-inin ABŞ və Avropa İttifaqı vətəndaşları olduğunu açıqlayıb.
Qaynarinfo bu barədə Türkiyə İmmiqrasiya İdarəsinin rəsmi saytına (goc.gov.tr) istinadən xəbər verir.
Daxili İşlər Nazirliyinə tabe olan bu idarə PKK/YPG və İŞİD də daxil olmaqla əcnəbi terrorçuların deportasiyası istiqamətində işlərin davam etdiyini vurğulayıb.
Müxtəlif ölkələrin statistikasına görə, birinci yerdə Aİ ölkələrinin vətəndaşlarıdır. 2011-ci ildən indiyədək Avropa İttifaqı vətəndaşı olan 1109, ABŞ vətəndaşı olan 59 terrorçu öz ölkələrinə ekstradisiya edilib.
Bu ilin 7 ayı ərzində Avropa İttifaqının 6 ölkəsindən 20 əcnəbi terrorçunun qovulmasına toxunan bu bəyanatda deyilir: "2019-cu ilin əvvəlindən ölkəyə qaytarılan xarici terrorçular arasında ilk səkkiz milliyyət (Avropa İttifaqına üzv ölkələr) Fransa, Almaniya, Hollandiya, Belçika, Finlandiya, Rumıniya, İsveç və Avstriyadır.
M.Arif