Xəbər lenti

Türkiyə 4 şəhid verdi - 8 yaralı var
Dünya15:30 31.07.2016

Türkiyə 4 şəhid verdi - 8 yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PKK terrorçuları növbəti dəfə Türkiyə ordusuna hücum edib. Qaynarinfo.Az yerli mediaya istinadən xəbər verir ki, qardaş ölkə ordusu bu gün 4 şəhid verib.
Ordu şəhərinin Məsudiyyə qəsəbəsində terrorçular meşəlikdən Jandarmaya atəş açıb. Nəticədə 3 əsgər şəhid olub, 2-si yaralanıb. Hazırdə ərazidə antiterror əməliyyatları keçirilir. Bölgəyə çox sayda polis və jandarma qüvvələri göndərilib.
Daha bir hadisə Hakkarinin Atınsu kəndində baş verib. Bu gün səhər saatlarında kənddə əməliyyat keçirən hərbçilərdən bir şəhid olub, 6-sı yaralanıb. 
Qaynarinfo.Az