Xəbər lenti

Türkiyə ABŞ-a nota verdi: “Sabah Bağdadiylə də görüşərsiniz...”
Dünya12:09 25.10.2019

Türkiyə ABŞ-a nota verdi: “Sabah Bağdadiylə də görüşərsiniz...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Rusiya ilə əldə edilən razılaşmalardan sonra iki ölkənin də terrorçularla olan münasibətinə Türkiyə çox sərt reaksiya verib.
Qaynarinfo xəbər verir ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlu terrorçularla görüşdüklərinə görə ABŞ-a nota verildiyini açıqlayıb.
"Suriyanın ərazi bütövlüyü vacibdir. Bizə qarşı təhdidləri aradan qaldırmaq da vacibdir. Gözümüz terrorçuların üstündədir. Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik. Buralar Suriyanın əraziləridir. Türkiyədə 3,6 milyondan çox qaçqın immiqrant var. Onların da evlərinə qayıtması üçün lazımi işləri görəcəyik. Böyük bir oyunu pozmuşuq. Bundan sonra da ərazinin terrorçulardan təmizlənməsi və mühacirləri geri qaytarmaq üçün lazım olanı edəcəyik. Müttəfiqlərimizin qırmızı bülletenlə axtarışda olan terrorçu ilə görüşməsi yolverilməzdir. Terrorçuları bərabər tərəf kimi qəbul etmilərmi, sabah Bağdadi ilə də görüşəcəklər. Terroristlərlə dialoq artıq ənənəvi hal alıb. Bütün bunları ABŞ-a yazılı şəkildə bildirdik, İnterpolun qırmızı bülleteni var”, - Xarici İşlər naziri deyib.
Xatırladaq ki, dünən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu PKK/PYD/YPG/SDQ terror təşkilatının rəhbər şəxslərindən olan Məzlum Kobani kod adlı Fərhad Abdi Şahin ilə telekonfrans görüşü reallaşdırıb.
Baş tutan telekonfransda S.Şoyqu, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və digər yüksək rütbəli hərbçilər iştirak edib.
Bundan əvvəl isə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabından general Məzluma təşəkkür ünvanlamışdı. 
Məzlum Kobani İnterpolun qırmızı bülletenlə axtarışında olan terrorçular siyahısındadır. O, PKK-nın qurucusu olan Abdulla Öcalan tərəfindən "mənəvi oğlum" adlandırılıb.
Alpər