Xəbər lenti

Türkiyə: Ankara İrəvanla dialoqda son dərəcə diqqətli olacaq
Dünya10:36 18.12.2021

Türkiyə: Ankara İrəvanla dialoqda son dərəcə diqqətli olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə təkcə Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarı deyil, həm də bütün Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır. 
Qaynarinfo "Anadolu”ya istinadla xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oqtay parlamentdə ölkənin 2022-ci il dövlət büdcəsi layihəsi ilə bağlı keçirilən dinləmələrdə deyib.
Oktayın sözlərinə görə, Ankaranın bu məsələdə mövqeyi son dərəcə səmimidir.
Dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, İrəvan və Ankara qarşılıqlı əsasda münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün nümayəndələr təyin edəcəklər. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Çavuşoğlunun bəyanatını müsbət qarşılayıb və İrəvanın dialoqun aparılması üçün xüsusi nümayəndə təyin edəcəyini təsdiqləyib.
Türkiyənin vitse-prezidenti qeyd edib ki, Ankara İrəvanla dialoqu son dərəcə ehtiyatla və Bakı ilə sıx koordinasiyada irəli aparacaq.
"Yeni reallıqlar bu regionda uzunmüddətli sülh və sabitlik üçün münbit zəmin yaradıb", - Türkiyə vitse-prezidenti bildirib.
Siyasətçi Türkiyə və Azərbaycanın "3+3” regional platformasının formalaşdırılması təşəbbüsünə diqqət çəkib.
"Cənubi Qafqazda uzunmüddətli sabitliyin və sülhün təmin edilməsi məsələsində Ankaranın mövqeyi dəyişməz qalacaq”.
Xatırladaq ki, Ankara artıq İrəvanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsini təyin edib. Bu, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç olub. İrəvan hələlik bu məsələ ilə bağlı yekun qərarını verməyib. Buna baxmayaraq, Ermənistanın hazırkı rəhbərliyi münasibətləri normallaşdırmaq üçün Türkiyə ilə dialoqa hazır olduğunu dəfələrlə bəyan edib.
Alpər