Xəbər lenti

Türkiyə Azərbaycana sərnişin gəmisi verdi
Ölkə07:26 06.08.2013

Türkiyə Azərbaycana sərnişin gəmisi verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Özata limanı və Asiya Dənizçilik qurumu Azərbaycana birlikdə inşa etdirdikləri sərnişin gəmisi verib. 

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, “Mirvari” adlı gəmini Azərbaycana təqdim etmək üçün Yalovanın Altınova mahalındakı Liman ərazisində tədbir təşkil olunub. 

Tədbirə Yalovada Ədalət və İnkişaf Partiyasının millət vəkili Təməl Coşqun, Altınova Bələdiyyə sədri Mətin Oral, Özata limanının İdarə heyəti sədri Özdəmir Atasevən, azərbaycanlı Asiya Dənizçilik idarə heyətinin sədri Elçin Xəlilov da qatılıb. 

Tədbir qonaqlara verilən iftar süfrəsi ilə başa çatıb

Qaynar.info