
"Gəzi Parkı" aksiyalarında polislə mitinq iştirakçıları arasında toqquşma olub
Ankarada keçirilən "Gəzi Parkı" aksiyalarında polislə mitinq iştirakçıları arasında toqquşma baş verib. Türkiyə mətbuatının verdiyi məlumata görə, polis aksiyanı dağıtmaq üçün yenidən gözyaşqrdıcı qaz və su şırnağından istifadə edib. Bu zaman aksiya iştirakçılarından iki nəfər əllərini havaya qaldıraraq polisin üzərinə yeriyib. Polis onların üzərinə su şırnağı vursa da, onlardan biri maşının altına uzanaraq su vuran avtomobilin kütləyə doğru hərəkət etməsinə mane olmağa çalışıb.
Polis İstanbulun Qazi məhəlləsində "Gezi parkı" etirazlarına dəstək vermək üçün yolu bağlayan qrupa müdaxilə edib. Bir qrup şəxs məhəllədəki yolda barrikada qurub. Polis axşam saatlarında İsmət Paşa küçəsini bağlayan qrupun dağılması üçün xəbərdarlıq edib.
Etrazçıların xəbərdarlığa "Molotov kokteyli" və daşla cavab verməsinə qarşılıq olaraq polis qrupa su şırnaqları, gözyaşardıcı qaz və səs bombası ilə müdaxilə edib. Müdaxilə nəticəsində Qazi məhəlləsi döyüş meydanını xatırladıb. // ANS PRESS