Xəbər lenti

“Türkiyə bursları” təqaüd proqramına sənəd qəbulu başlayıb
Ölkə13:10 15.01.2024

“Türkiyə bursları” təqaüd proqramına sənəd qəbulu başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Respublikası tərəfindən 2024-2025-ci tədris ili üzrə "Türkiyə bursları” təqaüd proqramına sənəd qəbulu başlayıb. Proqrama sənəd qəbulu üçün son müraciət tarixi 20 fevral 2024-cü ildir. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. 
Bəs təqaüd proqramına necə müraciət etmək olar, proqram tələbələrə hansı üstünlüklər verir? "Agora Group” təhsil mərkəzinin rəhbəri Rizvan Qənbərli deyir ki, "Türkiyə bursları” dünyanın ən rəqabətli təqaüd proqramlarından biridir. Ötən il bu proqrama 171 ölkədən 170 minə yaxın müraciət daxil olmuşdu. Onların arasından 4316 nəfər seçilərək Türkiyədə təqaüdlü təhsil almaqdadır. Bu tələbələrin seçimi də çox asan proses sayılmır. 48 ölkədə üz-üzə, 26 ölkədə səfirlik vasitəsilə, 74 ölkədə isə onlayn qaydada 10 mindən  çox tələbəylə müsahibə təşkil olunmuşdu. Hazırda Türkiyədə 15 mindən çox xarici tələbə bu təqaüd proqramı çərçivəsində təhsil alır. Hər il 5 min yeni tələbəyə təqaüd verilir. 
"Agora Group” təhsil mərkəzinin rəhbəri Rizvan Qənbərlinin sözlərinə görə, "Türkiyə bursları” tələbələrə qazandırdığı üstünlüklərə görə dünyanın ən sərfəli təqaüd proqramlarından biri hesab olunur. Təqaüd proqramı tələbələrin aşağıdakı xərclərini qarşılayır: Təhsil haqqı və türk dili təhsili  ödənişsizdir. Tələbələr ödənişsiz yataqxana, qidalanma (yataqxanalarda səhər və axşam yeməkləri verilir), aylıq təqaüd (bakalavr – 1700TL; magistr 2400TL; doktorantura – 3000TL.), tibbi sığorta, pulsuz gediş və dönüş aviabiletləri ilə təmin olunur. 
Türkiyə Bursları təqaüd proqramına müraciət etmək üçün əvvəlcə rəsmi saytda qediyyatdan keçmək və daha sonra sənədləri sistemə əlavə etmək lazımdır. Türkiyə bursları üçün müraciətlər namizədin təhsil uğurlarından, sosial aktivliyindən, tövsiyə məktublarından və seçdiyi ixtisas ilə bağlı motivasiyasından asılı olaraq dəyərləndirilir. Minimum akademik qiymət, yaş həddi və tələb olunan sənədlər kimi əsas meyarlar əsasında yoxlanılır.