Xəbər lenti

Türkiyə-Ermənistan yaxınlaşma prosesi məkan dəyişir – Niyə Vyana?..
Siyasət15:30 04.02.2022

Türkiyə-Ermənistan yaxınlaşma prosesi məkan dəyişir – Niyə Vyana?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hələlik tərəflər arasında yetərincə yaxınlıq yoxdur. Amma buna baxmayaraq, siyasi mənada, daxili siyasət, iqtisadi və diasporanın münasibəti məsələsində Türkiyə-Ermənistan münasibətlərində normallaşmaya doğru əhəmiyyətli proseslər baş verir”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy fevralın 24-də Türkiyə və Ermənistan nümayəndələri arasında Vyanada keçirilməsi gözlənilən ikinci görüşü dəyərləndirərkən deyib.
Həmsöhbətimiz deyir ki, Türkiyə və Ermənistan arasında ikinci görüşün Vyanada keçirilməsi maraqlı məqamlardan xəbər verir:
"Adətən Vyana Qərbdə daha tərəfsiz paytaxtlardan biri kimi qəbul oliunur. Bu, həm də onu göstərir ki, tərəflər görüş mərkəzi olaraq Moskvanı mərkəz seçməkdə o qədər də maraqlı deyillər. Vyanada keçirilməsi eyni zamanda, onu göstərir ki, tərəflər öz ölkələri daxilində belə görüşləri keçirməkdə yetərli yaxınlığa da malik deyillər”. 
Ekspert qeyd edir ki, Vyana görüşünün son proseslər fonunda gerçəkləşməsi də önəmlidir: 
"Son zamanlar iki əhəmiyyətli proses baş verib. Bu birbaşa İrəvan-Ankara münasibətləri və Ermənistanın öz daxilində baş verən proseslərlə bağlı məsələdir. Türkiyə və Ermənistan arasında bəzi addımlar atılıb, iki ölkə arasında hava yolu açılıb. Digər tərəfdən, Ankara Ermənistan xarici işlər nazirini Antalyadakı diplomatik foruma dəvət edib. Paşinyan da həmin görüşdə iştirak edəcəklərinin şərhini verib. Ermənistan diasporu bu proseslərə reaksiya versə də, həmin reaksiyalar prosesi əngəlləmək kimi mənzərə yaratmadı. 
Paşinyan qondarma soyqırımla bağlı deyib ki, bu məsələ həmişə diasporanın məsələsi olub. Yəni bununla o həmin qondarma məsələni Ankara-İrəvan mövzusunun xaricinə atdı. Lakin bu məsələyə diasporanın neqativ güclü reaksiyasının şahidi də olmadıq”. 
N. Cəfərsoyun fikrincə, Ermənistan daxilindəki situasiya da Ankara-İrəvan münasibətlərinin normallaşmasına əngəl olmaq gücündə deyil. Buna bu və ya digər dərəcədə əngəl ola biləcək iki siyasi fiqur artıq vəzifədən getdi: 
"Ermənistanda Türkiyə ilə münasibətlərdəki normallaşmaya necə baxılması barədə keçirilən rəy sorğusuna da ictimai rəy əsasən ümidlə yanaşıb. Ermənistanın istefaya gedən prezidenti də Ankara-İrəvan münasibətləridəki ənənəvi neqativ münasibəti dəstəkləyən köhnə komandanın ən əhəmiyyətli nöqtələrdən idi. Digər tərəfdən, Ermənistan-Türkiyə münasibətlərini əngəlləyən başqa bir fiqur Ermənistan ombudsmanı idi. Onun da səlahiyyət müddəti bitib və yerinə hakimiyyətin nəzarətində olan Ədliyyə Nazirliyinin müavini təyin edilib. Deməli, son bir ayda Ermənistanda prosesə əngəl ola biləcək iki fiqur da yoldan çəkilib. Ermənistanda Türkiyə mallarına qoyulan qadağa da uzadılmadı”. 
Rüfət Sultan