Xəbər lenti

Türkiyə helikopter istehsal edəcək
Dünya07:28 07.05.2013

Türkiyə helikopter istehsal edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə daha əvvəl ABŞ-da buraxılan "Sikorsky UH-60 Black Hawk" çoxhədəfli helokopterin silsilə istehsalına başlamaq niyyətindədir.

Trend-in məlumatına görə, helikopterin istehsalı "Türk Havacılık ve Uzay Endüstrileri" (TAI) aerokosmik sənaye şirkəti tərəfindən həyata keçiriləcək. İstehsalata nəzarəti isə Türkiyə Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Katibliyi aparacaq.

Türkiyədə "Black Hawk" helikopterlərinin istehsalı proqramı 2011-ci ildən hazırlanıb. Helikopterin istehsal büdcəsi 3,5 milyard dollar həcmində qiymətləndirilir.

Qaynar.info