Bu ilin ikinci rübündə 7,6% iqtisadi artımla Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Qrup 20 ölkələri arasında ikinci yerdə qərarlaşıb.
Qaynarinfo bu barədə Anadolu-ya istinadən xəbər
verir.
Türkiyə Statistika Təşkilatı (TÜİK) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına görə, Türkiyə bu ilin ikinci rübündə 7,6% artımla son 5 rübdə də böyümə performansını qoruyub.
Bu məlumatlara görə, Sloveniya 8,3% artımla birinci olub.
Sonrakı sıralarda İsrail, Portuqaliya, Macarıstan, İspaniya, Çili, Hollandiya, Kosta-Rika, Kanada, Avstriya, İtaliya, Polşa, Danimarka və İsveç yer alıb.
M.Arif