Xəbər lenti

Türkiyə ilə İran Suriyadakı vəziyyəti müzakirə edəcək
Dünya11:22 16.09.2013

Türkiyə ilə İran Suriyadakı vəziyyəti müzakirə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək sentyabrın 21-də İrana rəsmi səfər edəcək.

Bu barədə Trend "Ankara" agentliyinə istinadən məlumat verir.

C.Çiçək birgünlük səfəri zamanı iranlı həmkarı Əli Laricani ilə görüşəcək. Görüşün əsas müzakirə mövzusu Suriyadakı vəziyyət olacaq.

Məlumata görə, türkiyəli spiker iranlı həmkarının dəvəti ilə İrana səfər edəcək.

Qaynar.info