
“Türkiyə “İslam dövləti” ekstremist qrupuna qarşı mövqeyini müstəqil şəkildə müəyyənləşdirəcək, ona təzyiq eləmək olmaz”.
Musavat.com-un məlumatlna görə, bu sözləri Türkiyə baş naziri Əhməd Davudoğlu NTV və StarTV telekanallarına müsahibəsində deyib.
Xatırladaq ki, bazar ertəsi ABŞ-ın dövlət katibi Con Kerri türk diplomatlarının girovluqdan azad edilməsindən sonra İQ-ə qarşı mübarizədə Ankaranın öz səylərini artırmasını gözlədiklərini söyləyib.
“İQ-ə qarşı mübarizə məsələsi hörmətli Kerrinin Ankaraya səfəri zamanı müzakirə olunub. Son vaxtlar dünya KİV-lərindən belə təəssürat yaranır ki, Türkiyə sanki nəyisə sübut eləməlidir. Biz nəyisə sübut eləməyə borclu deyilik. Türkiyə o ölkələrdən deyil ki, bütün məsələni girovlara bağlayıb ondan soruşasan: “Bəs girovlar azad ediləndən sonra necə hərəkət edəcəksiniz””, - deyə baş nazir sərt şəkildə bildirib.
Əhməd Davudoğlu Ankaranın İQ-i guya terrorçu təşkilat kimi tanımaması iddiasını da rədd edib. “Biz sentyabrın 13-də hökumətin iclasında bu qruplaşmanı rəsmən terrorçu elan eləmişik”- əlavə edib baş nazir.
Musavat.com