Xəbər lenti

Türkiyə indi də İsraildən təzminat istəyir
Dünya07:09 26.03.2013

Türkiyə indi də İsraildən təzminat istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrailin "Mavi Mərmərə" basqınına görə üzr istəməsindən sonra iki ölkə arasında əlaqələrin normallaşması mərhələsi başlayıb.

Dünən İsrailin ədliyyə naziri Tzipi Livni Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna zəng edib.

Bu haqda açıqlama verən baş nazirin müavini Bülənt Arınç danışıqlara start verildiyini deyib: "Hörmətli xarici işlər nazirimiz qarşı tərəflə danışıqlar aparıb və təzminat məsələsinin sürətlə həll edilməli olduğunu bildirib".

Əldə edilən məlumata görə, Livni-Davudoğlu söhbətində İsrailin "Mavi Mərmərə" basqınından zərər çəkənlərin ailələrinə ödəyəcəyi təzminatla bağlı müzakirələr aparılıb. Bunun üçün Türkiyə və İsrail XİN təmsilçilərinin vaxt itirmədən görüşməsi qərarlaşdırılıb. XİN aparatının rəhbəri Firidun Sinirlioğlunun israilli həmkarı ilə əlaqə saxlaması, nazirlik rəsmilərinin görüşəcəyi yerin və görüş vaxtının müəyyənləşdirilməsi planlaşdırılır.

Təzminatla bağlı müzakirələrin Türkiyədə aparılmasına üstünlük verilir. İki ölkə əvvəlcə təzminatla bağlı beynəlxalq təcrübəni araşdıracaq.

Qaynar.info