Xəbər lenti

Türkiyə İŞİD-ə qarşı əməliyyata başlayacaq
Dünya13:30 05.08.2015

Türkiyə İŞİD-ə qarşı əməliyyata başlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə ABŞ liderliyindəki koalisiya ilə birlikdə İslam Dövləti yaraqlılarına (İŞİD) qarşı “hərtərəfli döyüşə” başlayacağını bildirib. Suriya isə deyir ki, Dəməşqlə razılaşdırılmamış hər hansı hərbi əməliyyat ölkənin suverenliyini pozacaq. 

Ötən ay Türkiyə ABŞ hərbi təyyarələri, eləcə də pilotsuz qurğularının İncirlikdən İŞİD-in vurmasına icazə verib. 

ABŞ və Ankara Türkiyənin sərhəddi boyunca İŞİD yaraqlılarının təmizlənməsi üçün planlar üzərində çalışırlar. 

“İncirlik hərbi hava bazasından istifadə sahəsində ABŞ-la razılığa gəlmişik. Artıq orda ABŞ pilotsuz aparatlarının və aviasiyanın mövcudluğunu görə bilirik. Tezliklə, İŞİD-ə qarşı birgə və kompleks mübarizəyə başlayacağıq", - deyə Mövlud Çavuşoğlu TRT kanalına müsahibəsində deyib. 

Qaynar.info