Xəbər lenti

Türkiyə İsrailə səfir təyin edəcək
Dünya11:45 17.08.2022

Türkiyə İsrailə səfir təyin edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İsraillə dialoq mühiti başlayıb”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Ceenbek Kulubayevlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
"Qarşılıqlı səfərlər nəticəsində proses davam edir. Qarşılıqlı olaraq səfirlərin təyin edilməsi də atacağımız addımlar arasındadır. İsrail də bu məsələyə müsbət yanaşır. Təl-əvivə səfir təyin etmək qərarına gəlmişik. Adları təqdim etdikdən bu proses də rəsmi olaraq başlayacaq”, - o bildirib.