Futbol üzrə Türkiyə millisi yoldaşlıq oyunu keçirib.
Qaynarinfo xəbər verir ki, "ay-ulduzlular" evdə İtaliya yığmasını qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda meydan sahibləri açıblar. Cengiz Ünder 4-cü dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Brian Kristante tarazlığı bərpa edib. Cəmi 4 dəqiqə sonra Cakomo Raspadori 2-ci topu Türkiyə millisinin qapısından keçirib. 22 yaşlı hücumçu 69-cu dəqiqədə dubl edib. Görüşdə son nöqtəni isə Serdar Dursun qoyub. "Fənərbağça"nın forvardı 83-cü dəqiqədə Çağlar Söyüncünün ötürməsini qola çevirib.
Qeyd edək ki, Türkiyə və İtaliya yığmaları pley-off mərhələsində müvafiq olaraq Portuqaliya və Şimali İrlandiyaya uduzaraq, DÇ-2022-dən kənarda qalıb.
<iframe width="640" height="400" src="https://hotfooth.coolvidup.com/embed/Z2nRMJ5P01mQ2" style="border:none;" allowfullscreen="">