Xəbər lenti

Türkiyə ordusuna hücum: 4 əsgər şəhid oldu
Dünya12:18 10.07.2016

Türkiyə ordusuna hücum: 4 əsgər şəhid oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə ordusu yenə itki verib. Qaynarinfo.az yerli mediaya istinadən xəbər verir ki, Hakkari əyalətinin Şəmdinli rayonunun Aktütün bölgəsində törədilən partlayış nəticəsində 4 əsgər şəhid olub, biri yaralanıb.
Hakkari valisi Cüneyt Orxan Toprak bildirib ki, Aktütün bölgəsində əsgərlərin avtomobilinin keçdiyi yola terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində 4 hərbçi şəhid olub, biri yaralanıb.
Qeyd edək ki, bu gün həmçinin Van vilayətinin Erciş rayonunda Jandarma komandanlığına partlayıcı yüklü avtomobillə hücum edilmişdi. Nəticədə 1 əsgər və 1 kənd gözətçisi şəhid olmuş, 10 əsgər isə yaralanmışdı. 
Qaynarinfo.az