Xəbər lenti

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdi
Dünya20:26 23.01.2024

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb.
Qaynarinfo xəbər verir ki, gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.
Belə ki, sənədin lehinə 287 parlament üzvü səs verib.
Parlamentin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.
Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.