Xəbər lenti

Türkiyə PKK terrorçusuna heykəl qoydu - VİDEO
Dünya10:41 18.08.2014

Türkiyə PKK terrorçusuna heykəl qoydu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müxalifət “terrorçuya heykəl qoyanlar türk millətinə qəbir qazır” deyib

Diyarbəkirdə Türkiyə əsgərini şəhid edən PKK terrorçusuna heykəl qoyulması Türkiyə gündəminə bomba kimi düşüb.

1984-cü il avqustun 15-də Eruh və Şemdinli kəndlərinə hücum edərək 1 əsgəri şəhid edən PKK-lı Mahsun Korkmazın heykəli ötən gün böyük törənlə açılıb. Heykəl Diyarbəkirdə “Harun PKK şəhidliyi” kimi tanınan ərazidədir. Heykəlin açılışında Türkiyə Böyük Millət Məclisinin HDP-dən olan üzvü Nursel Aydoğan, DBP həmsədrləri Əminə Ayna,  Kamuran Yüksek də qatılıb.

30 ildə minlərlə türk əsgərini minlərlə dinc sakini qətlə yetirən terrorçuya Türkiyə torpaqlarında heykəl ucaldılması ölkə müxalifətinin ciddi təpkilərinə səbəb olub. MHP lideri Dövlət Bahçeli bu haqda yazılı açıqlamasında 10 avqust prezident seçkisində Ərdoğana verilən hər səsin PKK-ya getdiyini deyib: “Diyarbəkirdə PKK terrorçusunun heykəlinin seçkidən sonra açılması təəccüblü görünməməlidir. Terrorçuya heykəl qoymaqla türk millətinə məzar qazırlar. Ərdoğana verilən səslər PKK-ya getdi, terror yuvası Qəndilin cəsarətini artırdı. Bu heykəlin terrorçulara ümid verdiyi üzəri örtülməyəcək bir gerçəkdir. 

10 avqustda Ərdoğan gülərkən İmralı canisi (PKK lideri Abdullah Öcalan nəzərdə tutulur) gülümsəyib, Bərzani həyəcanlanıb, körpələri güllələyənlər sevinclərində göylərə uçub. Bu alçaq yanaşma, türk millətinə meydan oxuma əziz şəhidlərimizin sümüklərini sızlatmaqdadır. Türkiyənin milli, mənəvi, tarixi haqlarına çox açıq, çox kirli bir hücumdur”.

Dövlət Bahçeli bildirib ki, vicdanı olan heç bir vətəndaş bu siyasəti qəbul etməyəcək. 

Müxalifət AKP-dən bu məsələ ilə bağlı açıqlama tələb etsə də, iqtidar partiyası israrla susmaqdadır.

musavat.com