Ölkə 22:55 30.12.2022

Türkiyə səfiri Həmrəylik Günü ilə bağlı azərbaycanlıları təbrik etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı paylaşım edib.

Qaynarinfo xəbər verir ki, bu barədə diplomat "Twitter" səhifəsində yazıb.

"Bütün Azərbaycanlı bacı və qardaşlarımı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və firavan günlər arzu edirəm”, - diplomat sosial şəbəkədə qeyd edib.