Xəbər lenti

Türkiyə Afrində "şəhər müharibəsi"nə başlayır
Dünya08:20 29.01.2018

Türkiyə Afrində "şəhər müharibəsi"nə başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatı çərçivəsində bu gün "şəhər müharibəsi"nə start verəcək.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın Suriya qolu olan YPG/PYD işğalındakı Raco, Cindərəs, Şeyx Hədid yaşayış məntəqələrində nəzarəti ələ keçirmək məqsədilə təşkil ediləcək hücum əməliyyatın ilk şəhər müharibəsi adlanır. Əli Bəkki kəndi və 740 nömrəli təpəni dünən ələ keçirən TSQ Raco məntəqəsini artıq mühasirəyə alıb. 
Hərbi təyyarələr dünən Raco və Cindərəsdə terror təşkilatına aid sığınacaq və istinad nöqtəsinə hücum ediblər. Pilotsuz təyyarələr isə ərazidə kəşfiyyat uçuşları aparırlar. Bu ərazilərdən sonra Bülbül məntəqəsinə ediləcək hücum TSQ-nin Afrin şəhər mərkəzinə yolunu açacaq və sonuncu əməliyyat burada həyata keçiriləcək. 
Qeyd edək ki, ötən gün strateji əhəmiyyətli Burseya dağı Türkiyə ordusunun nəzarəti altına alınıb. 
Gülşən